ABŞ Müharibə Nazirliyi
-
Ağ Ev Ukraynanın Starshield peyk sistemindən istifadəsini məhdudlaşdırıb
Reuters-in məlumatına görə, Ağ Ev Pentaqona SpaceX-in Starshield hərbi peyk rabitə sisteminin Ukrayna üçün məhdudlaşdırılması barədə göstəriş verib. Məhdudiyyət sürətli hərəkət edən platformalarda terminalların əlaqəsini kəsib, Ukrayna dronlarının idarəolunmasını və bir neçə hərbi əməliyyatı pozub. Oktyabrın 15-də Ukrayna Müdafiə Nazirliyi rabitənin bərpa olunduğunu, lakin yalnız saatda 160 km-ə qədər sürətdə işlədiyini açıqlayıb.