MAQATE
-
MAQATE Zaporijya AES yaxınlığında pilotsuz uçan aparat hücumlarını və yeni lokal atəşkəs danışıqlarını açıqlayıb
MAQATE son həftələrdə işğal altındakı Zaporijya Atom Elektrik Stansiyası (ZAES) yaxınlığında pilotsuz uçan aparat hücumları barədə məlumat yayıb. Sentyabrın 19, 20 və 27-də yaxınlıqdakı Zaporijya İstilik Elektrik Stansiyasına (ZİES) zərbələr endirilib, ZAES-in xarici elektrik təchizatı üçün kritik əhəmiyyətə malik transformatorlar zədələnib, sentyabrın 22-də isə stansiya ərazisindən kənardakı radiasiya monitorinqi stansiyası sıradan çıxıb. MAQATE Baş direktoru Rafael Qrossi təmir işlərinə imkan vermək üçün səkkizinci lokal atəşkəs üzrə hər iki tərəflə danışıqlar aparır.
-
Rusiya Ukraynanın enerji sisteminə qış hücumu planlaşdırır: sənədin detalları açıqlandı
The New York Times Ukrayna Energetika Naziri Denis Şmıqalın Parisdə Avropa tərəfdaşlarına təqdim etdiyi sənədin detallarını dərc edib. Sənəd Rusiyanın Ukraynanın enerji sisteminin məhv edilməsinə yönəlik üçmərhələli qış kampaniyasını təsvir edir. 1000-ə qədər raket, dron və bomba istifadəsi nəzərdə tutulan plana üç işləyən AES — Rivne, Cənubi Ukrayna və Xmelnitski — də daxil olmaqla elektrik stansiyaları, su təchizatı sistemləri və şəhər infrastrukturunun hədəf alındığı göstərilir.
-
Zaporojye AES-ə xarici elektrik enerjisi bərpa olundu
2026-cı il sentyabrın 7-də ukraynalı mütəxəssislr Rusiyanın müvəqqəti işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xarici elektrik enerjisini bərpa ediblər. Bu, 20 avqustdan bəri davam edən və stansiyanın ehtiyat dizel generatorlarından asılı vəziyyətdə qalmasına səbəb olan enerji kəsintisinin sonudur. Bərpa işləri IAEA-nın vasitəçiliyi ilə sentyabrın 5-də elan edilmiş lokal atəşkəs rejimi çərçivəsində həyata keçirilib.