Vladimir Lenin
Vladimir Lenin (əsl soyadı Ulyanov, 1870–1924) — rus inqilabçısı və siyasətçisi, bolşevik partiyasının qurucusu və 1917-ci il Oktyabr inqilabının rəhbəri. İnqilabdan sonra RFSFR Xalq Komissarları Sovetinin sədri oldu və ömrünün sonuna qədər sovet dövlətinə başçılıq etdi. Leninizm adlanan onun nəzəriyyələri SSRİ və dünyadakı kommunist partiyalarının ideoloji əsasını təşkil etdi.
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.