Rafael Qrossi
-
MAATE Zaporijya AES yaxınlığındakı dağıdıcı zərbələr barədə məlumat verib – yeni lokal atəşkəs üçün danışıqlar aparılır
BMT-nin Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAATE) sentyabrın 19, 20 və 27-də işğal altındakı Zaporijya Atom Elektrik Stansiyası (ZAES) yaxınlığındakı Zaporijya İstilik Elektrik Stansiyasına (ZİES) zərbələr endirildiyini açıqlayıb. Hücumlar xarici elektrik təchizatı üçün kritik əhəmiyyətə malik transformatorlara ziyan vurub. MAATE-nin baş direktoru Rafael Qrossi təmir işləri üçün yeni lokal atəşkəsin tətbiqi istiqamətində hər iki tərəflə danışıqlar aparır.