Peter I
I Pyotr (Pyotr Alekseyeviç, 1672–1725) 1682-ci ildən Moskva çarı, 1721-ci ildən ölümünə qədər Rusiya İmperiyasının ilk imperatoru olmuşdur. O, qərb avropa nümunəsi əsasında idarəetmə, ordu və mədəniyyət sahələrində geniş islahatlar aparmış, Osmanlı İmperiyası və İsveçlə uzunmüddətli müharibələr aparmışdır. O, imperiyanın yeni paytaxtına çevrilən Sankt-Peterburq şəhərini təsis etmişdir. Onun hakimiyyəti Moskva çarlığının avropa dövlətinə çevrilməsini başa çatdırmışdır.
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.