Marcin Nazarewicz
-
Polşadakı monastırda bıçaqla hücum: iki keşiş öldürülüb, beş nəfər yaralanıb
Polşanın Yaroislav şəhərindəki Benediktin rahibələrinin monastırında 31 yaşlı Ukrayna vətəndaşı bıçaqla hücum edib. Sentyabrın 24-də yerli vaxtla saat 09:30 radələrində baş verən hücumda bir və ya iki keşiş həlak olub, üçü keşiş olmaqla beş nəfər yaralanıb. Hücumçu Polşa polisi tərəfindən saxlanılıb, ondan mətbəxdən götürülmüş bıçaq aşkar edilib. Hücumun motivləri hələlik məlum deyil və araşdırma davam edir.