Kostiantyn Yeliseyev
-
Tramp-Zelenski görüşü: Ukrayna enerji, taxıl və dəniz sahələrində lokal atəşkəsə hazırdır, Rusiya isə imtina edir
BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Tramp və Zelenski sentyabrın 22-də müharibənin de-eskalasiyasını müzakirə ediblər. Zelenski bildirib ki, Ukrayna enerji, taxıl və dəniz sahələrində qarşılıqlı atəşkəsə hazırdır. Rubio Lavrovla görüşündən sonra hər iki tərəfin lokal atəşkəsdə maraqlı olduğunu deyib, lakin Peskovun cavabı və ISW analizi Rusiyanın enerji atəşkəsini rədd etdiyini göstərir. Trampın G20-yə Putin üçün rəsmi dəvətini Pespkov qəbul edib, amma iştirak hələ dəqiq deyil. Zelenski «Ankorid ruhu»nun artıq danışıqların gündəliyindən çıxarıldığını bildirib.