Karl XII
Karl XII (1682–1718) — 1697-ci ildən etibarən İsveç kralı, Pfalz-Zveybriukken sülaləsindən. O, on beş yaşında taxta çıxmış və Rusiya və onun müttəfiqlərinə qarşı Böyük Şimal müharibəsindəki rolü ilə məşhurlaşmışdır; xüsusilə Narva döyüşündəki qələbəsi və 1708–1709-cu illərdə Ukraynaya yürüşü zamanı getman İvan Mazepanı dəstəkləmişdir. 1709-cu ildə Poltava yaxınlığında ağır məğlubiyyətə uğramış, 1718-ci ildə isə Norveçin Fredriksten qalasının mühasirəsi zamanı həlak olmuşdur.
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.