Ukrayna Mədəniyyət Nazirliyi
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.