Telegram
-
Zelenski və Tramp Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 20-də axşam saatlarında ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıq zamanı tərəflər BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda şəxsi görüş keçirmək barədə razılığa gəliblər. Zelenski Trampa Vaşinqtonun xüsusi nümayəndələri Stiv Vitkoff və Cerard Kuşnerin sentyabrın 6-da Kiyevə səfərinə və Rusiya əleyhinə sanksiyalar nəzərdə tutan Linssi Qrem qanununu imzaladığına görə təşəkkür edib. Axios-un mənbələrinə görə, Tramp danışıqda Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı təkrar-təkrar istəyib və bunu qlobal dizel yanacağının qiymətinin artması ilə əlaqələndirib.