Roskosmos
-
Ukrayna dronları Rusiyanın Sasovo şəhərindəki "Sasta" zavodunu və "Yandex" məlumat mərkəzini vurub
Oktyabrın 8-də gecə Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində "Sasta" maşınqayırma zavodunun ərazisini, eyni ərazidə yerləşən "Yandex DC" məlumat mərkəzi ilə birlikdə vurub. Hücum nəticəsində məlumat mərkəzinin işi tam dayandırılıb, Yandex Cloud və ondan asılı olan çoxsaylı rus xidmətlərində kütləvi kəsintilər yaranıb. Prezident Volodimir Zelenski zərbəni Rusiyanın Ukrayna məlumat mərkəzlərinə hücumlarına "güzgü cavabı" adlandırıb.