Polşa ordusu
Polşa hərbi qüvvələri (Wojsko Polskie) Polşa Respublikasının silahlı qüvvələridir və Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hərbi Hava Qüvvələri və Xüsusi Əməliyyat Qoşunlarından ibarətdir. Ali baş komandan dövlətin prezidentidir, bilavasitə rəhbərliyi isə Baş Qərargah rəisi və Milli Müdafiə naziri həyata keçirir. 2022-ci ildən etibarən Polşa qonşu Ukraynadakı müharibəyə cavab olaraq ordunun geniş miqyaslı modernləşdirilməsini və şəxsi heyətin artırılmasını həyata keçirir. Polşa hərbi qüvvələri NATO və Aİ missiyalarında iştirak edir və alyansın şərq cinahındakı ən böyük konvensionall ordularından biridir.
-
Rusiya dronları Ukrayna-Polşa sərhədində qatara və yanacaq stansiyasına zərbə endirib, Tusk fövqəladade iclas çağırıb
Sentyabrın 13-də Rusiya dronları Ukraynanın Volın vilayətində Polşa sərhədindən təxminən 2 km aralıda Kiyev-Varşava sərnişin qatarının lokomotivinə və Yagodın-Doroqusk keçid məntəqəsi yaxınlığındakı yanacaq stansiyasına zərbə endirib. Ukrzalıznitsianın məlumatına görə, monitorinq qrupu qatar heyətini əvvəlcədən xəbərdar etdiyi üçün xəsarət alan olmayıb. Polşa Baş naziri Donald Tusk Rusiya eskalasiyasının Polşa ərazisinə də şamil ola biləcəyini istisna etməyib və hökumətin Təhlükəsizlik Mərkəzində fövqəladade iclas keçirib.