Polşa Sərhəd Mühafizəsi
Polşa Sərhəd Mühafizəsi (Straż Graniczna) Polşanın Daxili İşlər və İnzibati İşlər Nazirliyinə tabe olan silahlı hüquq-mühafizə orqanıdır. Onun vəzifələrinə ölkənin quru və dəniz sərhədlərinin qorunması, sərhəd keçid məntəqələrində pasport və gömrük yoxlamalarının aparılması, habelə qanunsuz miqrasiya ilə mübarizə daxildir. Xidmət 1991-ci ildə keçmiş Sərhəd Qoşunlarının əsasında yaradılmışdır.
-
Rusiya dronları Ukrayna-Polşa sərhədində qatara və yanacaq stansiyasına zərbə endirib, Tusk fövqəladade iclas çağırıb
Sentyabrın 13-də Rusiya dronları Ukraynanın Volın vilayətində Polşa sərhədindən təxminən 2 km aralıda Kiyev-Varşava sərnişin qatarının lokomotivinə və Yagodın-Doroqusk keçid məntəqəsi yaxınlığındakı yanacaq stansiyasına zərbə endirib. Ukrzalıznitsianın məlumatına görə, monitorinq qrupu qatar heyətini əvvəlcədən xəbərdar etdiyi üçün xəsarət alan olmayıb. Polşa Baş naziri Donald Tusk Rusiya eskalasiyasının Polşa ərazisinə də şamil ola biləcəyini istisna etməyib və hökumətin Təhlükəsizlik Mərkəzində fövqəladade iclas keçirib.