Polşanın Xarici Kəşfiyyat Agentliyi
Polşanın xarici kəşfiyyat xidməti, rəsmi adı ilə Agencja Wywiadu (AW) kimi tanınır. Xaricdə kəşfiyyat məlumatlarının əldə olunmasına cavabdehdir və Polşanın milli təhlükəsizlik sisteminin bir hissəsidir. Xidmət Polşa Baş nazirinə tabedir.
-
Danimarka kəşfiyyatı: Rusiyanın NATO-ya qarşı hibrid hücumlar riski artır
Danimarkanın Müdafiə Kəşfiyyat Xidməti 24 sentyabr tarixli yeni təhdid qiymətləndirməsini dərc edib. Hesabatda Rusiyanın yaxın aylarda Qərb ölkələrinə və NATO-ya qarşı hibrid əməliyyatları gücləndirəcəyi, Rusiya ilə sərhəd olan şərq cinahındakı NATO ölkələrindən birinə məhdud hərbi hücum riskinin "kiçik, amma artan" olduğu bildirilir. Danimarkanın Vətəndaş Təhlükəsizliyi Agentliyi kibertəhdid səviyyəsini orta dərəcədən yüksəyə qaldırıb.