Danimarka Kəşfiyyat Xidməti
-
Danimarka kəşfiyyatı: Rusiya Ukraynaya mal göndərən danimarkalı şirkətlərə təxribat əməliyyatları başladıb
Danimarka Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (PET) baş analitik Cozefin Kristensen Kopenhagendaxili təhlükəsizlik konfransında bildirib ki, Rusiya Ukraynaya mallar göndərən danimarkalı şirkətlərə qarşı təxribat əməliyyatlarına başlayıb. Onun sözlərinə görə, yazda çoxlu planlaşdırma müşahidə olunsa da, real əməliyyatlar az olub, lakin yayın əvvəlində icra olunan əməliyyatların sayı kəskin artıb. Rusiya səfirliyi isə ittihamları əsassız adlandırıb.
-
Danimarka xüsusi xidmətləri Rusiyanın ölkə ərazisində diversiyalar planlaşdırdığını elan edib
Danimarkanın Polis İstihbarat Xidməti (PET) Rusiya xüsusi xidmətlərinin Danimarka ərazisində, ilk növbədə Ukraynaya hərbi yardım göstərən müdafiə sənayesi şirkətlərinə qarşı konkret diversiya hazırlığı apardığını açıqlayıb. Xəbərdarlığı PET-in kəşfiyyaya qarşı departamentinin rəisi Emil Qresholm edib. Onun sözlərinə görə, Rusiya hədəfləri seçib və əməliyyata hazırlıq göstərib ki, bu da ictimai xəbərdarlığa zəmin yaradıb.