Ukrayna Pravoslav Kilsəsi
Ukrayna Pravoslav Kilsəsi (UPK) — 2018-ci ilin dekabrında Kiyevdə keçirilmiş Birləşmə Soborunda Kiyev Patriarxatının Ukrayna Pravoslav Kilsəsi ilə Ukrayna Avtokefal Pravoslav Kilsəsinin birləşməsi yolu ilə yaradılmış avtokefal pravoslav yerli kilsəsi. 2019-cu ilin yanvarında Ümumdünya patriarxı Varfolomey I onun kanonik müstəqilliyini (avtokefaliya tomosunu) tanımışdır. UPK-nın başçısı Kiyev və bütün Ukrayna mitropoliti Yepifani (Dumenko)dur. Kilsə ölkədəki ən böyük pravoslav yurisdiksiyasıdır.
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.