Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC)
Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) — ABŞ Xəzinədarlıq Departamentinin tabeliyində olan və ABŞ xarici siyasəti adından iqtisadi sanksiyaları və ticarət embargolarını idarə edən və tətbiq edən qurum. İdarə ictimaiyyətə açıq Xüsusi Təyin Edilmiş Şəxslər (SDN) siyahısını aparır; bu siyahıya düşən şəxslərin və qurumların ABŞ yurisdiksiyasındakı aktivləri dondurulur və amerikalılarla onlarla əməliyyat aparılması qadağan edilir. OFAC prezident fərmanları və Konqres qəbull etdiyi qanunlar əsasında fəaliyyət göstərir və sanksiya rejimlərindən istisnaları müəyyənləşdirən lisenziyalar verir.
-
Tramp "Qrems qanunu" ilə nəzərdə tutulan Rusiyaya qarşı sanksiyaların tətbiqini dayandırdı
ABŞ Prezidenti Donald Tramp 2026-cı il oktyabrın 16-da icra sərəncamı imzalayaraq "Qrems qanunu" (Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026) ilə nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqini dayandırıb. Sərəncam qanunun 115-ci maddəsinə əsasən prezidentə verilmiş güzəşt hüququndan istifadə edir və ölkənin milli maraqlarına uyğun olaraq 30 günlük icra müddətinin bitməsindən iki gün əvvəl qəbul edilib. Tramp qərarını oktyabrın 9-da Putinlə bağladığı Rusiya dizel yanacağının tədarükü razılaşması və noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ-da dizel qiymətlərini aşağı salmaq istəyi ilə izah edib.