Government Accountability Office
-
Ukraynanın F-16 parkının yarıdan çoxu Belçikadakı texniki baxışların gecikməsi səbəbindən döyüşə yararsız vəziyyətdədir
Wall Street Journal-a istinadən Ukrayna mətbuatı bildiıb ki, Ukraynanın F-16 qırıcılarının yarıdan çoxu hazırda döyüşə yararsızdır, çünki Belçikada Sabena Aerospace Engineering şirkəti tərəfindən aparılan fazalı texniki baxışlar ABŞ-dakı analoji prosedurlardan qat-qat uzun çəkir. ABŞ Müdafiə Nazirliyinin Sabena ilə yanvar 2026-cı ildə imzaladığı təxminən 235,5 milyon dollarlıq müqavilə problemi həll etmək üçün nəzərdə tutulub, lakin yaranmış darboğaz F-16-ların Rusiyanın reaktiv mühərrikli pilotsuz təyyarələrinə qarşı əsas vasitə olduğu bir şəraitdə Ukrayna hava hücumundan müdafiə qabiliyyətini risk altına alır.