Ferosplavna-1
-
Zaporojye AES-ə xarici elektrik enerjisi bərpa olundu
2026-cı il sentyabrın 7-də ukraynalı mütəxəssislr Rusiyanın müvəqqəti işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xarici elektrik enerjisini bərpa ediblər. Bu, 20 avqustdan bəri davam edən və stansiyanın ehtiyat dizel generatorlarından asılı vəziyyətdə qalmasına səbəb olan enerji kəsintisinin sonudur. Bərpa işləri IAEA-nın vasitəçiliyi ilə sentyabrın 5-də elan edilmiş lokal atəşkəs rejimi çərçivəsində həyata keçirilib.