Almaniya Federal Prokurorluğu
Almaniyanın Federal Prokurorluğu (Generalbundesanwaltschaft) Karlsruedəki Federal Ədalət Məhkəməsinə tabe olan mərkəzi cinayət təqib orqanıdır. O, dövlətə qarşı cinayətləri, terrorçuluğu, casusluğu və milli təhlükəsizliyə təhdid yaradan digər cinayətləri araşdırır, habelə ali federal məhkəmələrdə cinayət işlərində federasiyanı təmsil edir. Ona Federal Baş Prokuror rəhbərlik edir; Federal Baş Prokuror Ədliyyə Nazirinin təqdimatı ilə Almaniya Prezidenti tərəfindən təyin olunur.
-
Ukraynalı Volodimir Jiravlyov Xorvatiyada siyasi sığınacaq istədi
"Şimal axını" boru kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı Volodimir Jiravlyov Xorvatiyada siyasi sığınacaq üçün müraciət edib. Onun vəkili Mixalo Katerinçuk bildirib ki, müvəqqəti sığınacaq istəyi Almaniyanın tələb etdiyi ekstradisiya prosesini avtomatik dayandırmır. Pula şəhər məhkəməsi Jiravlyovun Almaniyaya təhvil verilməsinə razılıq verib, müdafiə isə bu qərara apellyasiya şikayəti verib.