Danimarka Hərbi Kəşfiyyat Xidməti
Danimarka Hərbi Kəşfiyyat Xidməti (Danish Defence Intelligence Service, DDIS / Forsvarets Efterretningstjeneste, FE) Danimarka Krallığının hərbi kəşfiyyat qurumudur v Danimarka Müdafiə Nazirliyinə tabedir. Xarici kəşfiyyat, əks-kəşfiyyat və Danimarka ilə onun müttəfiqlərinə qarşı təhdidlərin strateji hərbi təhlilini həyata keçirir. Baş qərargahı Kopenhagendə yerləşir.
-
Danimarka kəşfiyyatı: Rusiyanın NATO-ya qarşı hibrid hücumlar riski artır
Danimarkanın Müdafiə Kəşfiyyat Xidməti 24 sentyabr tarixli yeni təhdid qiymətləndirməsini dərc edib. Hesabatda Rusiyanın yaxın aylarda Qərb ölkələrinə və NATO-ya qarşı hibrid əməliyyatları gücləndirəcəyi, Rusiya ilə sərhəd olan şərq cinahındakı NATO ölkələrindən birinə məhdud hərbi hücum riskinin "kiçik, amma artan" olduğu bildirilir. Danimarkanın Vətəndaş Təhlükəsizliyi Agentliyi kibertəhdid səviyyəsini orta dərəcədən yüksəyə qaldırıb.