Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası — ölkənin ali qanunu, 28 iyun 1996-cı ildə Ali Rada tərəfindən qəbul edilmişdir. O, dövlət quruluşunun əsaslarını, vətəndaşların hüquq və azadlıqlarını, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qollarına bölünməsini, həmçinin ukrayna dilinin dövlət dili statusunu müəyyən edir. Konstitusiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini, seçki və referendumların keçirilmə qaydasını, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir.
-
Ukrayna hökuməti Kiyevdə Mazepa heykəlinin ucaldılmasını dəstəklədi
Ukrayna Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin təklifini dəstəkləyərək Kiyevin Taras Şevçenko bulvarında, dağıdılmış Leninin heykəlinin yerində Hetman İvan Mazepanın heykəlinin ucaldılmasına razılıq verib. Təşəbbüs Prezident Volodimir Zelenskiyə məxsusdur və avqustun 21-də imzalanmış 781 nömrəli prezident fərmanı ilə həyata keçirilir. Açıq müsabiqə yolu ilə seçiləcək layihə üzrə heykəlin quraşdırılması və ətrafının abadlaşdırılması Kiyev şəhər büdcəsindən maliyyələşdiriləcək.