Qara Dəniz Taxıl Təşəbbüsü
Qara Dəniz Taxıl Təşəbbüsü (Black Sea Grain Initiative) — 2022-ci ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında bağlanmış beynəlxalq saziş. Saziş Rusiyanın Ukraynaya təcavüzü davam etdiyi şəraitdə Ukrayna limanlarından taxıl və digər ərzaq mallarının ixracı üçün təhlükəsiz dəniz dəhlizinin yaradılmasını nəzərdə tuturdu. Saziş iki mərhələdə fəaliyyət göstərmişdir: birinci mərhələ 2022-ci ilin avqustundan noyabrınadək, ikinci mərhələ 2022-ci ilin noyabrından 2023-cü ilin iyulunadək, bundan sonra Rusiya sazişi uzadılmasından imtina etmişdir.
-
Kallas Qara dənizdə hücumların dayandırılması üçün moratorium tələb edib
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas BMT Baş Assambleyası çərçivəsində Aİ-nin sədrliyi ilə keçirilmiş tematik tədbirdə çıxış edərək Qara dəniz regionunda Ukrayna taxıl ixracının bərpası üçün hücumlara moratorium qoyulmasını çağırıb. O, Rusiyanın Qara dənizdə taxıl ixracını blokladığını və qəsdən qlobal qida böhranına səbəb olduğunu bildirib.