Monteneqro Milli Təhlükəsizlik Agentliyi
Milli Təhlükəsizlik Agentliyi (Agencija za nacionalnu bezbjednost, ANB) Çernogoriyanın parlament nəzarəti altında fəaliyyət göstərən xüsusi təhlükəsizlik xidmətidir. Əks-kəşfiyyat, terrorçuluqla mübarizə və milli təhlükəsizliyin qorunması ilə məşğuldur. 2005-ci ildə Dövlət Təhlükəsizlik Agentliyinin varisi kimi yaradılıb və Qərbi Balkan regionunun kiçik kəşfiyyat xidmətlərindən biridir.
-
Monteneqroda Rusiya propaqanda şəbəkəsi "Rıbar"ın banisi Mixail Zvinçuk və daha 4 rus saxlanılıb
Monteneqro polisi Milli Təhlükəsizlik Agentliyi (ANB) ilə birgə Risan şəhərində Rusiyanın "Rıbar" (Рыбарь) teleqram kanalı və propaqanda şəbəkəsinin banisi Mixail Zvinçuku, onun həyat yoldaşı və əməkdaşı Valeriya Zvinçuku, eləcə də daha üç Rusiya vətəndaşını saxlayıb. Beş nəfərin hamısının yaşayış icazəsi ləğv edilib və ölkədən çıxarılıb; əməliyyatın məqsədi şəbəkənin Monteneqrodakı hibrid fəaliyyətinin qarşısının alınmasıdır.