Afrika İttifaqı
Afrika İttifaqı — Afrika ölkələrini birləşdirən hökumətlərarası təşkilatdır. 2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində Afrika Birlik Təşkilatının əsasında yaradılmışdır. Onun baş qərargahı Efiopiyanın Əddis-Əbəbə şəhərində yerləşir. Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufdur.
-
BMT Ümumi Məclisi Equal Earth xəritəsini qəbul etdi, Ukrayna bitərəf qaldı
BMT Ümumi Məclisi sentyabrın 4-də Equal Earth dünya xəritəsi proyeksiyasını rəsmi şəkildə qəbul edib. 164 ölkə lehinə səs verib, ABŞ əleyhinə, Ukrayna isə bitərəf qalıb. Ukraynanın səbəbi: xəritədə işğal altındakı Krım Ukraynanın qalan hissəsindən açıq rənglə ayrılıb, bu da Kiyevə görə BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir.