Mövzu: Energetika
-
Ukrayna qüvvələri Rusiyanın Novatek-Ust-Luga neft emalı kompleksinə zərbə endirib
Ukrayna Silahlı Qüvvələri avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində yerləşən Novatek-Ust-Luga kompleksinə zərbə endirib. Hədəfə dronlarla endirilən zərbə nəticəsində neft emalı qurğuları və texnoloji avadanlıq zədələnib, ərazidə böyük yanğın baş verib. Hücum Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən bildirilib.
-
Rusiya Kiyev və Kiyev vilayətinə ballistik raketlər və PUA-larla zərbələr endirdi: ölənlər var
Avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Rusiya qüvvələri Kiyev, Kiyev vilayəti və Ukraynanın digər bölgələrinə ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib. Ballistik raketlər Kiyevdəki dəmiryolu deposunu, Boryspildə yaşayış binasını və Moldova-Rumıniya sərhədindəki Orlivka keçid məntəqəsini vurub; ölkə üzrə ən azı 12 nəfər ölüb, onlarla insan xəsarət alıb.