Yulia Barysheva
-
Zaporojjyada Rusiyanın aviabombası zərbəsi: ölənlərin sayı 23-ə çatıb, şəhərdə matəm günü elan olunub
Oktyabrın 10-da səhər saatlarında Rusiya qoşunları Zaporojjya şəhərinə idarəolunan aviabombalarla (KAB) zərbə endirib. Partlayış üçmərtəbəli yaşayış binasının giriş hissəsini dağıdıb, digər binalara və fərdi evlərə də ziyan dəyib. Oktyabrın 11-i səhərə olan məlumata görə, ölənlərin sayı 23 nəfərə çatıb, o cümlədən 4 uşaq. Şəhərdə matəm günü elan olunub, axtarış-xilasetmə işləri başa çatıb.