Viktor Korsak
-
Rusiya Krımdan reaktiv dronlarla Qərbi Ukraynanın şəhərlərinə zərbə endirib
Rusiya işğal altındakı Krımdan onlarla reaktiv tipli Geran-4 dronu havaya qaldıraraq Odessa istiqaməti və Moldova sərhədi boyunca Qərbi Ukraynaya göndərib. Dronlar təxminən 820–880 km məsafə qət edərək Lvov və Lutsk şəhərlərinə çatıb. Ukrayna HHM qüvvələri 13 oktyabrda Lvov vilayəti üzərində iki reaktiv dronu vurub, lakin Malexiv kəndindəki dağıntılar nəticəsində üç nəfər xəsarət alıb, Lutskdakı Adrenalin City əyləncə mərkəzinin ərazisinə dron qırıntıları düşüb, lakin ölən və ya yaralanan olmayıb.