Sobyanin
Sergey Semyonoviç Sobyanin — Rusiya dövlət və siyasi xadimi, 2010-cu ildən Moskva meridir. Əvvəllər Tyumen vilayətinin qubernatoru (2001–2005), Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri (2005–2008) və Rusiya Hökuməti sədrinin müavini vəzifələrində çalışıb. Vladimir Putinin yaxın ətrafına daxildir və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvüdür.
-
Rusiya 22 aeroportun işini məhdudlaşdırdı: Ukrayna dronları Moskva hava məkanını iflic etdi
Oktyabrın 15-dən 16-na keçən gecə Ukrayna dronlarının kütləvi hücumu ilə əlaqədar Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Rusiyanın Avropa hissəsində 22 aeroportun işini məhdudlaşdırıb. Bütün dörd Moskva aeroportu — Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo — eyni anda beş saatdan çox bağlı qalıb. Flightradar24-ün məlumatına görə, Rusiyanın Avropa hissəsi üzərində hava məkanı demək olar ki, tamamilə boşalıb.