Serhiy Bratchuk
-
Ukrayna: Belarus Rusiyanın “Şahed” dronları üçün siqnal retranslyatorlarını yenidən aktivləşdirib
Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin sözçüsü Andri Demçenko bildirib ki, Belarus ərazisində Rusiyanın “Şahed” və “Gerbera” dronlarının siqnalını gücləndirən retranslyatorlar yenidən işə salınıb. Bu, Rusiya dronlarının o cümlədən Polşa sərhəddi yaxınlığındakı Yaqodın keçid məntəqəsi istiqamətində Ukraynanın qərb vilayətlərinə daha dərindən nüfuz etməsinə şərait yaradır.