Rikard Jozwiak
-
AB səfirləri Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırdılar; Estoniyanın xahişi ilə bir Rusiya şirkəti siyahıdan çıxarıldı
Oktyabrın 7-də AB səfirləri (COREPER II çərçivəsində) Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıblar. Siyahı 743 fiziki şəxs və 826 hüquqi şəxsi əhatə edir. Estoniyanın xahişi ilə siyahıdan bir Rusiya şirkəti və onunla əlaqədar bir şəxs çıxarılıb. Həmin şirkət Estoniyanın NPM Silmet şirkətinə nadir torpaq metalları tədarük edir. Sanksiyaların rəsmən təsdiqi AB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də keçiriləcək iclasında gözlənilir.
-
Fransa və Slovakiya ABŞ-ın Rusiya iş adamına qarşı şəxsi sanksiyalarının uzadılmasını bloklayır
Fransa Slovakiyanın uzun müddətdir irəli sürdüyü Rusiya iş adamı Alisher Usmanovun AB sanksiyalar siyahısından çıxarılması tələbini dəstəkləyib. Bu mövqe digər üzv dövlətlərin narazılığına səbəb olub və sentyabrın 15-də başa çatacaq şəxsi sanksiyalar rejiminin uzadılması üçün lazım olan konsensusu təhdid edir. Səfirlər sentyabrın 14-də, müddət bitməmişdən bir gün əvvəl məsələni yenidən müzakirə edəcəklər.