Natalia Butyrska
-
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırıb – Şimali Koreya əsirləri mübahisəsi və yanacaq sanksiyaları ittihamları
Cənubi Koreya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Ukraynadakı səfiri Pak Ki Çanın (Park Hee-chang) geri çağırıldığını elan edib. Bu addım Prezident Volodimir Zelenskinin sentyabrın 23-də BMT Baş Assambleyasında iki şimali koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verildiyini açıqlaması üzərinə yaranan diplomatik mübahisə ilə bağlıdır. Seul Kiyevi məxfilik razılaşmasını pozmaqda ittiham edib, Kiyev isə belə razılaşmanın mövcudluğunu rədd edib. Eyni zamanda Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyuk Cənubi Koreyanın sanksiyalara məruz qalmış tankerllərlə Rusiya yanacağı göndərdiyini bildirib, Seul bunu rədd edib.