Maxim Ryzhenkov
-
Polşa və Belarus XİN başçıları BMT çərçivəsində görüşdü: Sikorski bunu "nailiyyət" adlandırdı
Polşanın xarici işlər naziri Radosław Sikorski BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda belaruslu həmkarı Maksim Rıjenkovla görüşüb. Bu, 2016-cı ildən bəri Polşa və Belarus arasında bu səviyyədə keçirilən ilk görüşdür. Sikorski görüşü "nailiyyət" adlandırıb və münasibətlərin normallaşması, o cümlədən Minskdə yeni Polşa səfirliyi binasının açılması perspektivini açıqlayıb.