Şəxslər · 1 material

Leonid Kuçma

Leonid Kuçma — ukraynalı siyasətçi, müstəqil Ukraynanın ikinci prezidenti, 1994–2005-ci illərdə iki müddət ərzində bu vəzifəni tutmuşdur. Prezident seçilməmişdən əvvəl 1992–1993-cü illərdə Ukraynanın baş naziri olmuş, daha əvvəl isə sovet raket-kosmik sənayesində, o cümlədn Dnepropetrovskdakı “Yujmaş” zavodunda rəhbər vəzifələrdə çalışmışdır. 2014-cü ildə o, Donbasdakı münaqişənin tənzimlənməsi üzrə Üçtərəfli Əlaqə Qrupunda Ukraynanın nümayəndəsi kimi dövlət xidmətinə qayıtmış və 2021-ci ilədək bu vəzifədə qalmışdır.