Jordan Bardella
Jordan Bardella fransız siyasətçisi, sağçı «Milli Birlik» (Rassemblement National) partiyasının sədridir. O, 2022-ci ildə Marin Le Peni partiyaya rəhbərlikdə əvəz edib və bundan əvvəl partiyanın Avropa Parlamentindəki nümayəndə heyətinə rəhbərlik edib. Bardella fransız sağ çevrəsinin ən tanınmış gənc simalarından birinə çevrilib və Avropa Parlament seçkilərində partiyanın baş namizədi olub.
-
Zelenski Le Penin Ukraynaya yardımı dayandıracağı açıqlamasına cavab verib
Ukrayna Prezidenti Volodimir Zelenski Financial Times qəzetinə müsahibəsində Fransanın ultra-sağçı prezidentliyə namizədi Marin Le Penin hakimiyyətə gəlsə Ukraynaya maliyyə yardımını dayandıracağına dair açıqlamasına reaksiya verib. Zelenski Ukrayna ordusunun döyüş və texnoloji təcrübəsinin Böyük Britaniya, ABŞ və Fransa üçün çox vacib olduğunu, fransız sənayesinin birgə istehsal və əməkdaşlıq sayəsində faydalana biləcəyini bildirib.
-
Le Pen: Fransa Ukraynaya maliyyə yardımını eyni səviyyədə davam etdirə bilməz
Fransa ultra-sağçı "Milli Birlik" partiyasının qeyri-rəsmi lideri Marin Le Pen bildirib ki, Fransa öz maliyyə vəziyyətinin pisləşməsi səbəbindən Ukraynaya maliyyə yardımını indiki səviyyədə davam etdirə bilməz. O, mövqeyinin "Ukraynaya qarşı düşmənçilik aktı olmadığını" bildirib və Fransa'nın ukraynalı hərbçiləri öyrətməyi və müdafiə üçün avadanlıq tədarükünü davam etdirə biləcəyini əlavə edib.