Jean-Noël Barrot
-
Barro: Ukraynanın aldığı kəşfiyyat məlumatlarının üçdə ikisi Avropadan, o cümlədən Fransadan gəlir
Fransa xarici işlər naziri Jozef-Noel Barro France Inter radiosuna müsahibəsində bildirib ki, hazırda Ukraynaya çatan kəşfiyyat məlumatlarının üçdə ikisini Avropa ölkələri, o cümlədən Fransa təmin edir. O, Avropanın Ukraynaya əsas dəstək verdiyini və Rusiyaya ən güclü təzyiqi göstərdiyini deyib, həmçinin Kremlinin və sosial media botlarının Avropa və Ukrayna cəmiyyətində ruh düşkünlüyü yaratmağa çalışdığını bildirib.