JackPoterz
-
Anthropic: Rusiyaya bağlı haker qrupu Ukrayna və Avropaya qarşı kiberhücumları Claude Code ilə avtomatlaşdırıb
Anthropic dərc etdiyi hesabatda Rusiyaya bağlı Midnight Blizzard haker qrupu ilə əlaqələndirilən GTG-20006 kiberaktyorunun onun Claude Code süni intellekt alətindən istifadə edərək Ukrayna, Avropa hökumətləri, müdafiə və diplomatik təşkilatlar, eləcə də hərbi pilotsuz uçan aparat istehsalçılarına qarşı hücumları avtomatlaşdırdığını bildirib. Tədqiqatçılar qrupun 20-dən çox təşkilatı hədəf aldığını, hərbi kəşfiyyat, nazirliklər, səfirliklər, analitik mərkəzlər və dron təchizat zəncirini vurğulayıblar.