hanzha
-
Rusiya Kiyev və Borispol aeroportlarına zərbələr endirib; Zelenski bunu ABŞ diplomatiyasına cavab adlandırıb
Sentyabrın 4-dən 5-nə keçən gecə Rusiya Ukraynanın bir neçə regionuna, o cümlədən Kiyev, Kiyev vilayəti, Dnipropetrovsk, Odessa, Xerson, Xarkov, Sumı və Nikolayev vilayətlərinə pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib. Prezident Volodimir Zelenski bildirib ki, hücum zamanı uzun müddətdən bəri ilk dəfə olaraq Kiyev (Jülyanı) və Borispol aeroportları məqsədyönlü şəkildə vurulub və bunu ABŞ nümayəndə heyətinin səfəri ilə əlaqələndirib.