Aysel Raufoglu
-
Rusiyanın Kiyevə kütləvi zərbəsi: bir nəfər ölüb, metro infrastrukturu zədələnib
Rusiya oktyabrın 19-na keçən gecə Ukraynaya İskəndər-M/S-400 ballistik raketləri, İskəndər-K qanadlı raketləri və 269 zərbə dronundan ibarət kütləvi kombinəolunmuş hücum həyata keçirib. Kiyev üç rayonda (Desnianski, Solomyanski və Dnipro) zədələnib, 21 yaşlı qız həlak olub, xəsarət alanların sayı son məlumatlara görə 8 nəfərə çatıb. Ukrayna rəsmiləri və Prezident Zelenski bildirib ki, ballistik hücumu ilə bağlı tərəfdaşlardan əvvəlcədən xəbərdarlıq alınmayıb. ABŞ dövlət katibi Marko Rubio isə "dəqiq nə baş verdiyini bilmədiyini" deyib.