Anna Kamola
-
Polşada naməlum obyektin hava məkanını pozması ehtimalı ilə bağlı axtarış aparılıb
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bəyan edib ki, oktyabrın 18-nə keçən gecə naməlum obyekt Polşa hava məkanını pozmuş ola bilər. Fakt hələ təsdiqlənməyib. Lublinin cənubunda — Zembojitse su anbarı yaxınlığında axtarış əməliyyatı aparılıb, Ərazi Müdafiə Qüvvələrinin quru axtarış-xilasetmə qrupu, polis və hərbi jandarma cəlb olunub. Eyni səhər Litva və Latviyada da sığınacaq çağırışları edilib, NATO qırıcıları qaldırılıb və Kaunas aeroportu müvəqqəti bağlanıb. Oktyabrın 17-də isə Rumniyanın F-16 qırıcıları Qara dənizdə Rumınya ərazi suları üzərində iki dronu vurub.