Andreas Umland
Andreas Umland postsovet məsələlərinə ixtisaslaşan alman politoloqdur. O, Stokholm Geostrateji Araşdırmalar Mərkəzində baş elmi işçi və Tafts Universitetinin Fletcher Hüquq və Diplomatiya Məktəbinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzində assosiativ tədqiqatçıdır. Umland Ukrayna, Rusiya və digər postsovet dövlətlərinin siyasi tarixi, eləcə də Avrasiya avtoritarizmi və rus imperial diskursu ilə bağlı işləri ilə tanınır.
-
Lavrov Almaniyanın Leypsiq dron insidentinə reaksiyasını "həqiqi müharibənin başlanğıcı" adlandırıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın avqustun 5-nə keçən gecə Leypsiq/Halle hava limanında Ukrayna An-124 yük təyyarəsinin yaxınlığında partlayıcı yüklü dronun tapılmasına reaksiya olaraq gördüyü tədbirləri "həqiqi müharibənin başlanğıcı" kimi qiymətləndirib. O, Bonndakı son Rusiya baş konsulluğunun bağlanmasını və Berlindəki "Rus Evi" ilə bağlı sazişin ləğvini İkinci Dünya Müharibəsi öncəsi diplomatik missiyaların bağlanması ilə müqayisə edib. Almaniya sentyabrın 1-də insidentə görə rəsmən Rusiyanı günahlandırıb, Moskvaya qarşı cavab tədbirləri elan edib, Rusiya isə cavab olaraq Alman Mədəniyyər Mərkəzinin (Goethe-Institut) filiallarının bağlanacağını bildirib.