Jukovski hava limanı
Jukovski hava limanı — Moskva vilayətinin Jukovski şəhərində, Moskvadan cənub-şərqdə yerləşən beynəlxalq hava limanıdır. Əsasən Beynəlxalq Aviasiya-Kosmik Salonunun (MAKS) keçirildiyi məkan kimi tanınır. Hava limanı sovet və rus təyyarə konstruktor bürolarının uçuş sınaqları mərkəzi olan keçmiş Ramenskoye aerodromunun bazasında yaradılmışdır.
-
Moskva və Moskva vilayətinə genişmiqyaslı dron hücumu: neft anbarında yanğın, 4 hava limanı dayandırılıb
Oktyabrın 5–6-sına keçən gecə Moskva və Moskva vilayəti saatlarla davam edən dron hücümuna məruz qalıb. Rusiya hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan 80-dən çox dronu vurduğu iddia edilib. Hücum səbəbindən Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Moskva vilayətində ən böyük neft anbarı olan LPDS Volodarskaya ərazisində yanğın qeydə alınıb.