AŞİHM
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) — Avropa Şurası tərəfindən 1959-cu ildə təsis edilmiş və Fransanın Strasburq şəhərində yerləşən beynəlxalq məhkəmə orqanıdır. O, Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin edilən hüquqların pozulmasına dair fərdi və dövlət şikayətlərinə baxır. Məhkəmənin qərarları Avropa Şurasının üzv dövlətləri üçün məcburi xarakter daşıyır.
-
PACE Rusiya aktivlərinin Ukraynaya kompensasiya üçün yönləndirilməsini tələb edib
Avropa Şurası Parlament Assambleyası (PACE) 30 sentyabr tarixində qətnamə və tövsiyələr qəbul edərək üzv və müşahidəçi dövlətləri onların yurisdiksiyasında olan Rusiya dövlət aktivlərini Avropa Şurasının çərçivəsində yaradılacaq mexanizmə yönləndirməyə çağırıb. Bu mexanizm İnsan Haqları Avropa Məhkəməsinin (İHAM) qərarları əsasında Ukraynaya kompensasiya ödənişləri üçün nəzərdə tutulur.