Qərb Yüksək Sürətli Diametri
Qərb Yüksək Sürətli Diametri (QYSД) — Sankt-Peterburqun mərkəzindən keçən və şəhərin cənub rayonlarını şimal rayonları ilə birləşdirən şəhərdaxili pullu avtomagistraldır. Tikinti işləri 2005–2016-cı illərdə şəhər hakimiyyəti, federal orqanlar və özəl investorların iştirakı ilə dövlət-özəl tərəfdaşlıq çərçivəsində aparılıb. Magistralın idarə olunmasını onun tikintisi və istismarı üçün yaradılmış xüsusi şirkət həyata keçirir.
-
Sankt-Peterburq və Leninqrad vilayətinə kütləvi dron hücumu: Ozon anbarı, neft terminalı və VK data mərkəzi vurulub
Oktyabrın 18-dən 19-na keçən gecə dronlar Sankt-Peterburq və Leninqrad vilayətini kütləvi şəkildə hədəfə alıb. Hücum zamanı Ozon lojistik mərkəzi, "Sankt-Peterburq Neft Terminalı", VKontakte şəbəkəsinin data mərkəzi və yaxınlıqdakı elektrik yarımstansiyası, habelə Korabelnı fərvateri üzərindəki körpü vurulub. Rusiya rəsmiləri bölgəyə 100-dən çox dron hücum etdiyini bildirib, təxminən 20 000 adam işıqsız qalıb.