Ukrayna Bərpa İnvestisiya Fondu
-
ABŞ Dövlət Departamenti Ukraynaya 2,68 milyard dollarlıq PPO avadanlığı satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya hava hücumundan müdafiə (PPO) sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan avadanlıq və xidmətlərin təxminən 2,68 milyard dollarlıq mümkün satışını təsdiqləyib. Satış hələlik potensial xarakter daşıyır və ABŞ Konqresinin nəzərdən keçirməsini tələb edir. Maliyyələşdirmə Avropa töhfələri və əvvəlki administrasiya dövründə ayrılmış ABŞ Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaitləri hesabına həyata keçiriləcək.