Britaniya kəşfiyyatı
-
Sırski BBC-yə müsahibəsində Kursk əməliyyatını uğurlu manevr adlandırıb
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Oleksandr Sırski BBC-yə verdiyi müsahibədə Kursk əməliyyatını uğurlu manevr adlandırıb. O, əməliyyatın başlamasından əvvəl Rusiyanın Ukraynada demək olar ki, bütün 13 istiqamətdə hücuma keçdiyini, o cümlədən Pokrovsk istiqamətində təxminən 100 minlik qruplaşma cəmləşdirdiyini bildirib. Sırski Kurska göndərilən üç briqadanın Pokrovskdə vəziyyəti dəyişə bilməyəcəyini, Sumı istiqamətinin isə Rusiyanın planlarını pozmaq üçün seçildiyini deyib.