Birləşmiş Krallıq Xarici İşlər Nazirliyi
UK Foreign Office — Birləşmiş Krallıq hökumətinin xarici siyasətə cavabdeh mərkəzi qurumu olan Foreign, Commonwealth and Development Office (FCDO) şöbəsinin qeyri-rəsmi adıdır. Quruma Xarici İşlər, Birlik və İnkişaf üzrə Dövlət Katibi rəhbərlik edir; 2020-ci ildə Foreign and Commonwealth Office ilə Department for International Development-ın birləşməsindən yaranmışdır. FCDO Böyük Britaniyanın diplomatik əlaqələrini həyata keçirir, səfirlik və konsulluqlar şəbəkəsini idarə edir və beynəlxalq təhlükəsizlik, ticarət və inkişaf sahələrində siyasət formalaşdırır.
-
Almaniya Leipzig hava limanında Ukrayna An-124 təyyarəsinə dron hücumu cəhdi — araçdırma Rusiyanı göstərir
Avqustun 5-də gecə Leipzіg/Halle hava limanında partlayıcı yüklü bir dron Ukraynanın An-124 yük təyyarəsinin qanadına dəyib yerə düşdü və partlamadı. "The Telegraph" və "Welt am Sonntag"-in birgə araşdırması Rusiyaya məxsus motosiklet həvəskarı Oleq Levuşkini əməliyyatın ehtimal olunan təşkilatçısı, Belarus agenti Andrey Karşakovu isə icraçı kimi müəyyənləşdirib. Sentyabrın 1-də Almaniya Rusiyanı hücuma görə rəsmi ittiham edib.