The Diary Of A CEO
-
Zelenski: Tramp Putinə qarşı təzyiq göstərsə, müharibəni dayandıra bilər
Ukrayna Prezidenti Volodimir Zelenski "The Diary of a CEO" YouTube kanalında (Steven Bartlett) verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyini, lakin bunun üçün Zelenskiyə yönəltdiyi ritorikanı Vladimir Putinə yönəltməli olduğunu bildirib. Zelenski Trampın ABŞ-da dizel yanacağının bahalaşmasında onu günahlandırmasını da "tamamilə yanlış" adlandırıb və bu ittihamları rədd edib.