Telemist
-
Yandex-in Vladimir şəhərindəki data mərkəzinə dronla hücum edilib, 80-dən çox xidmət dayanıb
Rusiyanın Vladimir şəhərində (Vladimir vilayəti) Yandex-in data mərkəzinə oktyabrın 11-də gecə dronlarla hücum olunub. Yandex yerli vaxtla saat 4 radələrində ru-central1-a zonasında elektrik təchizatının pozulmasını və miqyaslı nasazlığı elan edib. Şirkət obyektdə işləri tam dayandırıb; Yandex Music, Alisa səs köməkçisi, Telemost və Yandex Dom kimi istehlakçı xidmətləri, həmçinin 80-dən çox Yandex Cloud platforması, o cümlədən YandexGPT API pozulub.