Rusiya Ali Məhkəməsi
Rusiya Federasiyasının Ali Məhkəməsi Rusiyanın ümumi yurisdiksiya məhkəmələri və arbitraj məhkəmələri sisteminin ən yüksək ədalət mühakimə orqanıdır. Mərkəzi qərargahı Moskvada yerləşir, onu Ali Məhkəmənin sədri idarə edir; Ali Məhkəmə sədri Rusiya Federasiyası Prezidentinin təqdimatı ilə Federasiya Şurası tərəfindən təyin olunur. Xüsusi əhəmiyyətli işlərə birinci instansiya məhkəməsi kimi baxır, həmçinin işlərə nəzarət qaydasında və yeni hallar üzrə yenidən baxır. Aşağı instansiya məhkəmələrinin məhkəmə fəaliyyətinə nəzarət edir və məhkəmə təcrübəsi məsələləri üzrə izahatlar verir.
Bu təşkilatın adı hələ dərc olunmuş materiallarda çəkilmir.